Yuxarı

Prezident İlham Əliyev Kuba rəhbərinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib. 

"Report"un məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Sədr,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi