Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş prezidentini təbrik edib “Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək”
Xarici siyasət
10 Aprel , 2018 16:16
Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş prezidentini təbrik edib

Bakı. 10 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri,

Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

Son xəbərlər

Orphus sistemi