Yuxarı

Prezident İlham Əliyev Koreya dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Koreya dövlət başçısını təbrik edib
Məktub Koreya Respublikasının milli bayramı – Dövlətin Yaranması Günü münasibətilə göndərilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı – Dövlətin Yaranması Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi