Yuxarı

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - YENİLƏNİB
Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib
© President.az

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

"Report"xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edilib, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib, əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verib.

İlk xəbər 14:35-də yayılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi