Prezident İlham Əliyev: "İstanbuldakı partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq"

Prezident İlham Əliyev: "İstanbuldakı partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq" Dövlət başçısı Ərdoğana başsağlığı verib
Xarici siyasət
12 Yanvar , 2016 17:49
Prezident İlham Əliyev: İstanbuldakı partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq

Bakı. 12 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi