Prezident İlham Əliyev İraq və Maldivin dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev İraq və Maldivin dövlət başçılarını təbrik edib Bakı. 4 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
4 Oktyabr , 2018 17:02
Prezident İlham Əliyev İraq və Maldivin dövlət başçılarını təbrik edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Maldiv Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Məhəmməd Solihə də təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Solih,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi