Yuxarı

Prezident İlham Əliyev İranın Prezident Administrasiyasının rəhbərini qəbul edib

Prezident İlham Əliyev İranın Prezident Administrasiyasının rəhbərini qəbul edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də İran İslam Respublikasının Prezident Administrasiyası...

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də İran İslam Respublikasının Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Mahmud Vaezi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb və İran Prezidentinin gələn il Azərbaycana səfər edəcəyini məmnunluqla bildirib.

Qonaq Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq, tədbirdə 40-dək ölkədən, 8 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakını konfransın önəminin göstəricisi olduğunu qeyd edib.

Prezident İlham Əliyev ötən həftə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısı çərçivəsində İran Prezidenti ilə qısa görüşü zamanı Prezident Həsən Ruhanini Azərbaycana səfərə dəvət etdiyini məmnunluqla xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Bakıda keçirilən konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması İranın dinlər və mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstərir.

Söhbət zamanı iki ölkə arasında enerji, əczaçılıq, bank sahələrində əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi