Prezident İlham Əliyev: "İki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir"

Prezident İlham Əliyev: "İki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir" İki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.
Xarici siyasət
24 Oktyabr , 2019 20:08
Prezident İlham Əliyev: İki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir

"İki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdə deyib. 

Dövlət başçısı bildirib ki, bu gün əlaqələr ən yüksək səviyyədədir: "Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Hesab edirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir. Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışdığımız kimi hazırda, eyni zamanda Cənub-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir. Yəni elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir". 

Son xəbərlər

Orphus sistemi