Yuxarı

Prezident İlham Əliyev Hondurasın yeni dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Hondurasın yeni dövlət başçısını təbrik edib
Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi