Prezident İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib Azərbaycan Prezidenti regionda təhlükəsizliyin təmin olunması işində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edib
Xarici siyasət
26 Noyabr , 2015 16:33
Prezident İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.

"Report" xəbər verir ki, Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb. Regionda təhlükəsizliyin təmin olunması işində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb. 

Daxili işlər naziri Giorgi Mqebrişvili Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və baş nazir İrakli Qaribaşvilinin salamlarını dövlət başçısına çatdırıb. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəsinin Azərbaycan ilə mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. 

Dövlət başçısı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi