Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini ilə görüşüb - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini ilə görüşüb - ƏLAVƏ OLUNUB Dövlət başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirib
Xarici siyasət
15 Fevral , 2018 12:45
Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini ilə görüşüb - ƏLAVƏ OLUNUB

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.

“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir: "Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir".

Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını deyib. 

Dmitri Kumsişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər: "Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir".

Dövlət başçısı baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi