Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb

Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
16 May , 2016 21:49
Prezident İlham Əliyev Federika Moqerini ilə görüşüb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Vyanada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş ATƏT-in Minsk qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə keçiriləcək Dağlıq Qarabağ üzrə iclas öncəsi baş tutub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı anlaşma və etimad tədbirləri nəticəsində atəşkəs rejiminə riayət olunmasının vacibliyi vurğulanıb, bu ilin aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş hadisələr müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi