Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Erməni lobbisi münaqişənin ədalətli həllinə mane olmağa çalışır" - YENİLƏNİB

    Dövlət başçısı Fransa nümayəndə heyətini qəbul edib© President.az

    Bakı. 3 noyabr. REPORT.AZ/ "Report"un xəbərinə görə, dövlət başçısı Pyer Alen Rafanı Fransa parlamentinə seçilməsi münasibətilə təbrik edib və onun Fransa-Azərbaycan dostluq qrupunun rəhbərlik etməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Pyer Alen Rafanın Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir və siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində əməkdaşlığımız yaxşı nəticələr verir. Prezident İlham Əliyev bir çox fransız şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyət göstərməsinin önəmini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də öz rolunu oynayır. Lakin erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma və yalan məlumatlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır.

    İkitərəfli əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə daha da güclənəcəyini əminliklə qeyd edib.

    Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Bakıda Prezident İlham Əliyevlə görüşdən böyük şərəf duyduğunu və Fransa-Azərbaycan dostluq qrupuna rəhbərlik etməkdən fərəh hissi keçirdiyini bildirib. Pyer Alen Rafan deyib: “Bizim hamımızın, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun arzusu budur ki, Fransa-Azərbaycan münasibətləri bundan sonra daha da yüksək səviyyəyə qalxsın”. O, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də çalışmağın zəruriliyini qeyd etdi. Pyer Alen Rafan Azərbaycan haqqında reallıqların Fransa cəmiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini də vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Pyer Alen Rafan bildirdi ki, Fransa münaqişənin həlli ilə bağlı mövcud olan qətnamələrə sadiqdir.

    Görüşdə iki ölkə arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


    *** 10:49

    Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi