Prezident İlham Əliyev Ekvador və Çili səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Ekvador və Çili səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Dövlət başçısı səfirlərlə söhbət edib
Xarici siyasət
26 Yanvar , 2018 11:50
Prezident İlham Əliyev Ekvador və Çili səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçib.

German Alexandro Orteqa Almeyda etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.

Dövlət başçısı Çili Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.

Səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayaraq bununla bağlı Azərbaycan ilə Çilinin bir-biri haqqında daha çox məlumata malik olmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, iki ölkənin biznes icmaları arasında əməkdaşlıq, rəsmi səviyyədə qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, mədəni tədbirlər, müxtəlif təqdimatlar və sərgilərin təşkil olunması, xalqlar arasında münasibətlər yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edə bilər. Dövlət başçısı vurğulayıb ki, bütün bunlar, öz növbəsində, iqtisadi əlaqələrin qurulması işinə təkan verər. Bu işdə ticarət və investisiya imkanlarının müəyyənləndirilməsi də mühüm rol oynaya bilər.

Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Çili Respublikasının Prezidenti Sebastian Pinyeranın tapşırığı əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.


*** 10:37

Prezident İlham Əliyev yanvarın 26-da Ekvadorun Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Çilinin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini də qəbul edib.

Son xəbərlər

Orphus sistemi