Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısına təbrik məktubu göndərib "Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm"
Xarici siyasət
18 Avqust , 2015 18:26
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi