Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin 41-ci konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarın əhəmiyyətini xüsusi qeyd edib. Bu cür vacib qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkənin daha da yaxından tanıdılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu deyən dövlət başçısı beynəlxalq səviyyəli müxtəlif tədbirlərin ölkəmizdə həmişə uğurla təşkil olunduğunu bildirib.
Görüşdə Dünya Skaut Komitəsinin növbəti konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərardan məmnunluq ifadə olunub, bu tədbirlərin ölkədə yüksək səviyyədə təşkil olunacağı əminliklə qeyd edilib.