Prezident İlham Əliyev "Chevron" şirkətinin vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev "Chevron" şirkətinin vitse-prezidenti ilə görüşüb Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.
Xarici siyasət
22 Yanvar , 2018 21:55
Prezident İlham Əliyev Chevron şirkətinin vitse-prezidenti ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.

"Report" xəbər verir ki, Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. 

“Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.

Son xəbərlər

Orphus sistemi