Prezident İlham Əliyev Burkina Fasonun yeni səfirinin etimadnaməsini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Burkina Fasonun yeni səfirinin etimadnaməsini qəbul edib - ƏLAVƏ OLUNUB “Sizin kimi şəxsiyyətin yanında ölkəmi təmsil etmək üçün gözəl Azərbaycana səfər etməkdən şərəf duyuram”
Xarici siyasət
31 İyul , 2017 10:17
Prezident İlham Əliyev Burkina Fasonun yeni səfirinin etimadnaməsini qəbul edib - ƏLAVƏ OLUNUB
President.az

Bakı. 31 iyul. REPORT.AZ/ Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Amadou Diko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Amadou Diko Burkina Faso dövlətinin Azərbaycanda səfiri kimi fəaliyyətə başlamasından sevinc hissi keçirdiyini bildirərək deyib: “Sizin kimi şəxsiyyətin yanında ölkəmi təmsil etmək üçün gözəl Azərbaycana səfər etməkdən şərəf duyuram”.

Prezident İlham Əliyev Azərbaycanla Burkina Faso arasında siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edərək, bu baxımdan ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımasının vacib olduğunu deyib.

Dövlət başçısı səfir Amadou Dikonun bu istiqamətdə səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.


Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi