Prezident İlham Əliyev Bruney sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney sultanını təbrik edib "Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətlərinin, inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik"
Xarici siyasət
22 Fevral , 2016 18:31
Prezident İlham Əliyev Bruney sultanını təbrik edib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiahaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi