Prezident İlham Əliyev Britaniya Kraliçasını təbrik edib

Prezident İlham Əliyev Britaniya Kraliçasını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
7 İyun , 2019 18:25
Prezident İlham Əliyev Britaniya Kraliçasını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi