Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunu qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunu qəbul edib - ƏLAVƏ OLUNUB Hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub
Xarici siyasət
13 İyun , 2017 12:22
Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunu qəbul edib - ƏLAVƏ OLUNUB
President.az

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Sotir Tsatsarov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlət başçısına çatdırıb. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru Azərbaycanda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirib. Qonaq hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın yüksək peşəkar səviyyədə və dostluq şəraitində aparıldığını vurğulayıb və Bakıya səfərini mövcud əlaqələrin davamı kimi dəyərləndirib.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Özünün Bolqarıstana, Bolqarıstan Baş nazirinin Azərbaycana səfərini xatırlayan dövlət başçısı bu səfərlərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin hər iki ölkənin rəhbərlikləri arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək səviyyəsinə qaldırılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev prokurorluq orqanlarının yaxşı əməkdaşlığının ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini dedi və bu səfərin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını bildirib.

Dövlət başçısı Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi