Prezident İlham Əliyev BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib Səfir Mohamed Hamel Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini deyib
Xarici siyasət
20 Oktyabr , 2015 15:55
Prezident İlham Əliyev BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Birləşmiş Ərəb Əmirliklərinin ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, Mohamed Hamel Alqubaisi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq iki ölkə arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu deyib. Birləşmiş Ərəb Əmirliklərindən ölkəyə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. Dövlət başçısı regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd edib.

Səfir Mohamed Hamel Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini deyib. Mohamed Hamel Alqubaisi qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirib və münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi