Prezident İlham Əliyev BƏƏ-nin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev BƏƏ-nin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Xarici siyasət
1 Dekabr , 2018 18:13
Prezident İlham Əliyev BƏƏ-nin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Son xəbərlər

Orphus sistemi