​Prezident İlham Əliyev BƏƏ-nin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

​Prezident İlham Əliyev BƏƏ-nin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Səfir Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib
Xarici siyasət
9 Aprel , 2015 15:31
​Prezident İlham Əliyev BƏƏ-nin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkədəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

“Report”xəbər verir ki, dövlət başçısı İslam aləminin müqəddəs ocaqlarının ziyarətindən məmnunluğunu bildirib. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli ölkədəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi