Yuxarı

Prezident İlham Əliyev Avstriyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Avstriyanın dövlət başçısını təbrik edib

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Federal Prezident,

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Avstriya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi