Prezident İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyi ilə bağlı teatrlaşdırılmış tamaşaya baxıb

Prezident İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyi ilə bağlı teatrlaşdırılmış tamaşaya baxıb Tamaşa Astanadakı “Barıs” arenasında nümayiş olundu
Xarici siyasət
11 Sentyabr , 2015 22:32
Prezident İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyi ilə bağlı teatrlaşdırılmış tamaşaya baxıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyinə həsr olunan teatrlaşdırılmış tamaşaya baxıb.

"Report"un məlumatına görə, tamaşa Astanadakı “Barıs” arenasında nümayiş olundu.

Mədəni tədbirdə Qazax xanlığının yaradılması, onun inkişafı və müxtəlif mərhələləri səhnələşdirilmiş kompozisiya ilə təqdim edildi.

Qeyd edək ki, Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak edən dövlət başçılarının şərəfinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından rəsmi qəbul da təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Son xəbərlər

Orphus sistemi