Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.
"Report" xəbər verir ki, səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçib.
Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edib və bildirib ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan verib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən dövlətimizin başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğulayıb. Prezident İlham Əliyev qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını deyib.
Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.
Dövlətimizin başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafına toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün
Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanılması məqsədilə Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
*** 11:56
Prezident
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.