Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini qəbul edib - YENİLƏNİB Söhbət zamanı Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
15 Dekabr , 2016 10:46
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisini qəbul edib - YENİLƏNİB

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi