Yuxarı

Prezident BMT-nin keçmiş baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident BMT-nin keçmiş baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar başsağlığı verib

İlham Əliyev

Bakı. 18 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı ilə əlaqədar qurumun indiki baş katibi Antonio Quterreşə başsağlığı verib. 

"Report" xəbər verir ki, başsağlığının mətnində deyilir:

"Hörmətli cənab Baş katib,

Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr verib.

Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olub.

Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2018-ci il.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi