Yuxarı

Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib

Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. 

"Report" xəbər verir ki, fərmanla Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiqlənib. 

Fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi