Yuxarı

Prezident: "Azərbaycan-Ukrayna münasibətlərini daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var"

Prezident: "Azərbaycan-Ukrayna münasibətlərini daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var"

"Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda ilk rəsmi səfərdə olmağım çox böyük məmnunluq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və dost ölkədir".

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib. 

"Cənab Prezident, biz müzakirələrdə münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd etdik. Ancaq düşünürəm ki, Azərbaycan-Ukrayna münasibətlərini növbəti daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var. Cənab Prezidentlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir", -  Ukrayna Prezidenti vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi