​Prezident: Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə fəal iştirak edib

​Prezident: Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə fəal iştirak edib İlham Əliyev “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada çıxış edib
Xarici siyasət
23 Yanvar , 2015 22:31
​Prezident: Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə fəal iştirak edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib.

"Report" xəbər verir ki, “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Dövlət başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub, terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.

Yanvarın 23-də Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.

Son xəbərlər

Orphus sistemi