​Poroşenko Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib

​Poroşenko Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib Dövlət başçısı Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatçılığını bildirib
Xarici siyasət
5 Aprel , 2016 21:47
​Poroşenko Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib

Bakı. 5 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda dövlət başçılarının son günlər Dağlıq Qarabağ regionundakı vəziyyətin gərginləşməsindən narahatçılıq ifadə etdikləri xüsusilə qeyd olunub.

Hər iki lider vəziyyətin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə nizamlanmasının vacib olduğunu qeyd ediblər. Pyotr Poroşenko və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlar çərçivəsində nizamlanması üzrə fəaliyyətlərini əlaqələndiriblər.

Ukrayna Prezidenti bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli ilə bağlı ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib.

Dövlət başçıları, həmçinin ikitərəfli tərəfdaşlıq, o cümlədən Bakıda Dövlət başçıları şurasının keçirilməsi məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi