Polad Bülbüloğlu Avstraliyanın Rusiyadakı yeni səfiri ilə görüşüb

Polad Bülbüloğlu Avstraliyanın Rusiyadakı yeni səfiri ilə görüşüb Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avstraliya İttifaqının bu ölkəyə yeni təyin olunmuş səfiri Qreym Mixanı qəbul edib.
Xarici siyasət
20 İyul , 2019 00:03
Polad Bülbüloğlu Avstraliyanın Rusiyadakı yeni səfiri ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avstraliya İttifaqının bu ölkəyə yeni təyin olunmuş səfiri Qreym Mixanı qəbul edib.

Səfirlikdən "Report"un Rusiya bürosuna verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Səfir Azərbaycan ilə Avstraliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb.

Görüş zamanı dünya birliyi ölkələrinin qarşılaşdığı təhdidlər və çağırışlara qarşı birgə mübarizənin aparılmasının vacibliyi və müasir beynəlxalq münasibətlərdə ümumtanınmış normalara riayət edilməsinə ciddi ehtiyac duyulduğu qeyd olunub.

Həmçinin Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında ətraflı məlumatı həmsöhbətinin diqqətinə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi