Bakı. 22 may. REPORT.AZ/ Perunun Azərbaycandakı səfirliyində bu ölkəyə səfər üçün ilk turist vizası verilib.
"Report" səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, viza Azərbaycan vətəndaşına verilib.
Qeyd edək ki, Peru səfirliyinin konsulluq şöbəsi bu ayın əvvəlindən fəaliyyət göstərir.