Yuxarı
    Bağlamaq

    Peru və Azərbaycan anlaşma memorandumu imzalamağa planlaşdırır

    Sənəd siyasət, turizm, iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edəcək

    Bakı. 30 may. REPORT.AZ/ Peru və Azərbaycan anlaşma memorandumu imzalamağa planlaşdırır.

    "Report" xəbər verir ki, bunu jurnalistlərə Perunun Azərbaycandakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib.

    O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün bir sıra sahələr mövcuddur.

    "Biz artıq bir neçə razılaşma imzalamışıq. Bu çox sahələri əhatə edir: siyasət, turizm, iqtisadiyyat, mədəniyyət. Və biz hazırda Azərbaycan və Peru arasında imzalanması planlaşdırılan beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumuna dair danışıqların ikinci mərhələsini müzakirə edirik. Düşünürəm ki, bu, cari ildə ola bilər", - deyə Luis Çanq Boldri bildirib.

    Luis Çanq Boldrinin sözlərinə görə, Perunun Azərbaycana ilk səfirinin təyin olunması bu əməkdaşlığı intensivləşdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi