Peru Konqresinin sədri: "Yaxın zamanlarda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətindəyik"

Peru Konqresinin sədri: "Yaxın zamanlarda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətindəyik" Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov bu ölkənin yeni seçilən Konqresinin sədri Luz Salqado Rubianeslə görüşüb
Xarici siyasət
10 Yanvar , 2017 10:15
Peru Konqresinin sədri: Yaxın zamanlarda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətindəyik

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov bu ölkənin yeni seçilən Konqresinin sədri Luz Salqado Rubianeslə görüşüb. 

Azərbaycanın Perudakı səfirliyindən "Report"a verilən məlumata görə, M.Məmmədov Luz Salqado Rubianesi yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

M.Məmmədov Konqresin yeni sədrinə Azərbaycanın tarixi, yerləşdiyi region, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar və digər ölkələrlə münasibətləri haqqında ətraflı məlumat verib. Görüşdə Azərbaycan və Peru arasında siyasi, təhsil, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Konqres sədri görüşdə Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsindən, həmçinin Peru hökumətinin yaxın zamanlarda Azərbaycanda Perunun diplomatik nümayəndəliyini açmaq niyyətində olduğundan, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsindən bəhs edib.

Qeyd edək ki, 10 iyun 2013-cü il tarixində Peru Konqresində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırımı kimi qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi