Peru Konqresi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Peru Konqresi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib Peru Konqresinin Beynəlxalq münasibətlər üzrə komissiyasının sədri və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun birgə təşəbbüsü ilə bu ölkənin Konqresi adından Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbrik bəyanatı qəbul edilib.
Xarici siyasət
21 Mart , 2019 12:01
Peru Konqresi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Peru Konqresinin Beynəlxalq münasibətlər üzrə komissiyasının sədri və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun birgə təşəbbüsü ilə bu ölkənin Konqresi adından Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbrik bəyanatı qəbul edilib.

"Report"un məlumatına görə, sənəddə Novruz bayramının Azərbaycanda ən sevilən bayram olduğu, onun YUNESKO-nun qeyri-maddi mədəni sərvətlər siyahısına daxil edildiyi bildirilir.

Vurğulanıb ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətləri birləşdirir. Həmçinin sənəddə bu bayramın əsrlərin mədəni irsi və ənənələri arasında əlaqələri möhkəmləndirilməsində, xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq idealları əsasında münasibətlərin möhkəmləndirilməsində vacibliyi qeyd olunur.

Peru Konqresi iki ölkə arasında mövcud olan dostluq münasibətləri və əməkdaşlığı nəzərə alaraq Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbriklərini göndərir və xoşbəxtlik, möhkəm cansağlığı, səadət və rifah arzulayır. 

Son xəbərlər

Orphus sistemi