Permdə Rusiya və Azərbaycan gənclərinin Birinci Qarabağ Forumu keçirilib

Permdə Rusiya və Azərbaycan gənclərinin Birinci Qarabağ Forumu keçirilib Rusiyanın Perm vilayətinin Solikams şəhərində Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Rusiyanın Solikamski şəhər admnistrasiyasının dəstəyi, Üçüncü Sektor içtimai birliyi, Solikamskidə Azərbaycan diasporunun və Azərbaycan Diasporu İnformasiya Mətkəzinin təşkilatçılığı ilə Rusiya və Azərbaycan gənclərinin birinci Qarabağ forumu keçirilib.
Xarici siyasət
28 May , 2019 19:25
Permdə Rusiya və Azərbaycan gənclərinin Birinci Qarabağ Forumu keçirilib

Rusiyanın Perm vilayətinin Solikams şəhərində Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Rusiyanın Solikamski şəhər admnistrasiyasının dəstəyi, Üçüncü Sektor içtimai birliyi, Solikamskidə Azərbaycan diasporunun və Azərbaycan Diasporu İnformasiya Mətkəzinin təşkilatçılığı ilə Rusiya və Azərbaycan gənclərinin birinci Qarabağ forumu keçirilib.

"Report" xəbər verir ki, forumda Perm vilayətinin və Solikamski şəhərinin rəhbərliyi, şəhər gənclər komitəsinin sədri, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, şəhərin deputatı Peliç Valiter, Perm vilayəti üzrə Azərbaycan Diasporunun sədri Çingiz İsayev, Solikamskidə Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Perm gənclər birliyinin sədri Rəşad Əkbərov, Salikamski Gənclər Birliyinin sədri Gülzar Kazımova, siyasətçilər, dövlət və ictimai xadimlər, gənclər, media quruluşlarının təmsilçiləri iştirak ediblər.

T.Allahverdili çıxışında Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında gənclərin böyük əhəmiyyət daşıdığını bildirib.

Ç.İsayev iştirakçıları salamlayaraq, 28 May Respublika Gününün hər bir azərbaycanlı üçün dəyərli tarix olduğunu diqqətə çatdırıb.

U.Əfəndiyev hər iki xalqın qardaşlıq, dostluq əlaqələrindən danışıb.

Perm vilayəti üzrə Azərbaycan diasporunun gənclər birliyinin sədri Rəşad Əkbərov qeyd edib ki, Perm vilayətində ilk dəfə keçirilən bu tədbir hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya mübadiləsinin aparılmasında əvəzsiz rol oynayacaq.

Daha sonra forum Respublika gününə həsr olunmuş film nümayiş olunub, sonra müzakirələr davam edib.

Son xəbərlər

Orphus sistemi