Bakı. 23 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, ispaniyalı deputat Pedro Aqramunt yenidən - ikinci müddətə sədr seçilib.
"Report" xəbər verir ki, bu barədə qərar Assambleyanın Strasburqda keçirilən qış sessiyasında qəbul edilib.
P.Aqramunt ilk dəfə bu vəzifəyə 2016-cı ildə seçilərək lüksemburqlu nümayəndə Ann Brasseri əvəz edib.
Daha əvvəl P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.