Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib - FOTO

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib - FOTO Azərbaycanın Fransadakı Səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Xarici siyasət
27 Dekabr , 2019 04:34
Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib - FOTO
Foto: "Report"

Azərbaycanın Fransadakı Səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

"Report"un Fransa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə Anar Kərimov, diaspor təşkilatlarının nümayəndələri, Fransada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri R.Mustafayev çıxış edərək Fransa və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişafından, 2019-cu ilin müsbət yekunlarından danışıb, qarşılıqlı səfərlərin son ildə daha da intensivləşdiyini bildirib.

Səfir bütün azərbaycanlıların birlik rəmzinə çevrilən bu bayramın əhəmiyyətinə toxunub, onun azərbaycanlıları əməkdaşlığa çağırdığını vurğulayıb. R.Mustafayev Azərbaycan icmasının həmrəy olmasının vacibliyini qeyd edib və diaspor təşkilatlarının bir araya gələrək Fransada Azərbaycanlıların Koordinasiya Şurasının tərkibində birləşməsinin əhəmiyyət kəsb etdiyini vurğulayb.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi A.Kərimov istər UNESCO tərkibində, istərsə də Fransada ölkəmizin mövqeyinin daha da möhkəmləndiyini diqqətə çatdırıb və bunun Azərbaycanda aparılan uğurlu islahatlar, həyata keçirilən planlı strategiyalar sayəsində mümkün olduğunu bildirib. A.Kərimov həmvətənlərimiz arasındakı həmrəyliyin vacibliyinə, birgə hədəflərə birlikdə nail olunmasınının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi