Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib - FOTO

Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib - FOTO Fransanın paytaxtı Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib.
Xarici siyasət
27 Sentyabr , 2019 04:22
Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib - FOTO
Foto: "Report"

Fransanın paytaxtı Parisdə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Asossiasiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə çıxış edən Fransada Azərbaycanın Dostları Asossiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il bundan öncə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi haqqında ətraflı məlumat verib. O, bu gün Azərbaycanda dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün insanların birgə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Jan-Fransua Mansel dünən həyatını dəyişən Fransanın keçmiş prezidenti Jak Şirakın xatirəsini yad edərək məhz onun hakimiyyəti zamanı Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin vüsət aldığını bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü Jak Şirakın xatirəsində xüsusi iz buraxdığını, müdrik və uzaqgörən liderə dərin hörmət və ehtiram bəslədiyini xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin əməkdaşı Vaqif Ağayev qonaqlara Azərbaycan Demokratik Respublikası haqqında ətraflı məlumat verib və bu gənc dövlətin ölkədə dinindən, cinsindən, etnik mənşəyindən asılı olmayaraq hər bir insana eyni hüquqlar verdiyini xüsusi qeyd edib.

Gənc musiqiçi Nərmin Nəcəfli pianoda Azərbaycan və dünya klassiklərinin musiqilərini ifa edib. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olan gənc Azərbaycan pianoçusunun ifası qonaqların böyük alqışları ilə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi