Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının məzarları ziyarət edilib - FOTO

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının məzarları ziyarət edilib - FOTO Səfir: "Onların hər iki arzusu bu gün reallığa çevrilib"
Xarici siyasət
15 İyun , 2018 17:22
Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının məzarları ziyarət edilib - FOTO
Report

Paris. 15 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularının xatirəsi məzarları başında yad edilib. 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər bu ölkədə dəfn olunmuş Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacibəyli və digərlərinin məzarlarını ziyarət edib, üzərinə əklil qoyublar. 

Mərasimdə Fransanın Sen-Klu şəhərinin meri Erik Berdoati də iştirak edib. O, çıxışında Sen-Klu şəhərinin tarixində öz həyatlarını vətən uğrunda mübarizəyə həsr etmiş güclü şəxsiyyətə malik ictimai-siyasi xadimlərdən bir neçəsinin yer aldığını, onlardan birinin də Əlimərdan bəy Topçubaşovun olduğunu və beləliklə, onun adının Fransa tarixinə düşdüyünü bildirib.

Səfir Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin Fransaya gəlmiş nümayəndələrinin iki arzusu olduğunu deyib: "Onlardan biri Azərbaycanın müstəqilliyi idisə, digəri Fransa ilə uğurlu ikitərəfli münasibətlərin qurulması idi. Onların hər iki arzusu bu gün reallığa çevrilib. Azərbaycan inkişaf etməkdə olan dünyəvi müstəqil dövlətdir və regionda Fransanın ən önəmli tərəfdaşıdır".

Son xəbərlər

Orphus sistemi