Yuxarı

Parisdə ADR-in 100 illiyinə həsr edilmiş konfrans keçirilib - FOTO

Parisdə ADR-in 100 illiyinə həsr edilmiş konfrans keçirilib - FOTO
ADR-in ictimai-siyasi, mədəni və milli mənəvi həyatımızda böyük izlər qoyduğu vurğulanıb
© Report

Paris. 25 may. REPORT.AZ/ Paris şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, konfrans Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və Fransa Diplomatik Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Fransa Diplomatik Akademiyasında keçirilən konfransda rəsmi şəxslər, jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Konfransda Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, tarix elmləri namizədi Georges Mamulia, Heydər Əliyev Fondunun direktor məsləhətçisi Rəşid Kərimov, Azərbaycan Milli Akademiyasının tarix elmləri namizədi Nərgiz Axudova, Azərbaycan Elmlər Akademiyasının professoru İlaq Niftəliyev, yazıçı-jurnalist, Azərbaycanın Dostları Assosiasiyası prezidentinin müavini Jan-Pier Allali, senator, Senatda Qafqaz (Azərbaycan və Gürcüstan) qrupunun rəhbəri Alən Upper və digər şəxslər çıxış ediblər.

Onlar müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni və milli mənəvi həyatımızın bütün sahələrində böyük izlər qoyduğunu, habelə təhsilin inkişafına, xüsusilə qadınların təhsilinə xüsusi diqqət ayırdığını bildiriblər. Konfrans zamanı ADR nümayəndə heyətinin Paris Sülh Konfransı zamanı göstərdiyi yüksək diplomatik peşəkarlığı, Ermənistanın ADR-ə qarşı ərazi iddiaları, Azərbaycan Demokratik Respublikasının süqutunun səbəbləri və digər mövzulara toxunulub. Məruzələr arasında "Azərbaycan: dini tolerantlıq modeli və mutlikulturalizm", "Azərbaycan: uğurlu iqsitasi inkişafın tarixi" mövzuları da yer alıb.

Tədbir zamanı Azərbaycan Demokratik Respublikasının tarixinə həsr edilmiş qısametrajlı film nümayiş olunub.

Tədbir iştirakçıları ADR nümayəndə heyətinin Paris Sülh Konfransı ilə bağlı müraciət, bəyannamə, protokol, digər sənəd və fotolarının surətləri, Azərbaycan Xalq Cumhuriyyətinin elan olunduğu 1918-ci ildə çəkilmiş fotolar, həmin dövrdə nəşr edilən qəzet, jurnal və digər yazılı materiallar nümayiş olunduğu sərgiyə maraqla tamaşa ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi