Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib Kimsəsiz uşaqlara hədiyyələr verilib
Xarici siyasət
21 Sentyabr , 2015 13:34
Pakistanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Pakistan Sweet Homes” kimsəsizlər evinin İslamabad, Abbotabad və Kəraçidə yerləşən şöbələrində qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Tədbirlərdə “Pakistan Sweet Homes”un direktoru Zamurad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, “Sülh və Diplomatik Tədqiqatlar İnstitutu” düşüncə quruluşunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Tədbirdə Asif Nur çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin tarixi və siyasi əhəmiyyətindən, hər iki ölkəni və xalqı birləşdirən siyasi və mənəvi amillərdən söz açıb, Pakistanın çətin günündə Azərbaycanın hər zaman ona dəstək verdiyini, M.Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi humanitar və xeyriyyəçilik layihələrinin də bu dəstəyin təcəssümü olduğunu bildirib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov nitqində Fondun Azərbaycanda, Pakistanda və digər xarici ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb.

Mərasimdə internat evinin uşaqları Pakistan mədəniyyətinin elementlərini əks etdirən rəqslər, mahnılar, eləcə də idman hərəkətləri ifa ediblər.

Tədbirin sonunda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi