Pakistan Senatının sədr müavini: "Azərbaycan bizim üçün qardaş ölkədir"

Pakistan Senatının sədr müavini: "Azərbaycan bizim üçün qardaş ölkədir" Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Senatının sədr müavini senator Səlim Mandivala ilə görüşüb.
Xarici siyasət
7 Sentyabr , 2018 09:30
Pakistan Senatının sədr müavini: Azərbaycan bizim üçün qardaş ölkədir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Senatının sədr müavini senator Səlim Mandivala ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən məmnunluq, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu qeyd olunub, Pakistan Senatının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar Ermənistanı qınayan qətnamənin yüksək qiymətləndirildiyi bildirilib.

Pakistan Senatının sədr müavini, senator Səlim Mandivala Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, iqtisadi, ticari, hərbi-texniki, müdafiə, enerji, turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, birbaşa təyyarə reyslərinin açılmasının, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılmasının zəruri olduğunu deyib.

Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcək müştərək layihələrin icra olunması və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələri ilə bağlı da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi