Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır

Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.
Xarici siyasət
14 Yanvar , 2020 17:00
Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.

Son xəbərlər

Orphus sistemi