​Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

​Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar
Xarici siyasət
14 Mart , 2015 17:42
​Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan prezidenti Məmnun Hüseyni və xanımı Mehmuda Məmnunu hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi