“Bu gün dünyada çoxlu münaqişə və hərbi müdaxilələr baş verir. Bütün bunlar dünyanın təhlükəsizliyini təhdid edir”.
“Report” xəbər verir ki, bunu Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Pakistan prezidenti Arif Alvi deyib.
O artıq güc vasitəsi ilə təzyiqlərin dövlətlərarası münasibətlərdə geniş tətbiq olduğunu dilə gətirib.
“İqlim dəyişiklikləri, bərabərsizlik, yoxsulluq, ksenofobiyanın, o cümlədən islam düşmənçiliyinin artması göz qabağındadır. Pakistan xarici müdaxilələr, terrorçuluq kimi təhlükələrə qarşı Qoşulmama Hərəkatının mübarizə tədbirlərini dəstəkləyir”, - deyən Pakistanın dövlət başçısı Kəşmir problemindən də danışıb: “Kəşmir sakinləri 70 ildən artıqdır xarici işğala məruz qalır, onların