PA rəhbərinin müavini: “Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland haralarasa “sədaqəti"nin sonsuz olduğunu göstərir”

PA rəhbərinin müavini: “Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland haralarasa “sədaqəti"nin sonsuz olduğunu göstərir” “Özünü insan haqlarının “cangüdəni” hesab edən Yaqland çox “usta diplomat”dır”
Xarici siyasət
8 Oktyabr , 2015 18:11
PA rəhbərinin müavini: “Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland haralarasa “sədaqətinin sonsuz olduğunu göstərir”

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Özünü insan haqlarının “cangüdəni” hesab edən Yaqland çox “usta diplomat”dır. Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb. Amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş Prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür, nəticəsiz qalmayıb – AŞ-nın baş katibi olub”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter”də yazıb.

“Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa “sədaqəti"nin sonsuz olduğunu göstərir”, - N.Məmmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi